Sorğu | |
|
|  |
Statistika | |
|
|  |
|
Главная » 2010 » Mart » 3 » Nazir polisə üç saat ifadə verib
15:53 Nazir polisə üç saat ifadə verib |
İsrail polisi xarici işlər naziri Aviqdor Libermanı üç saat dindirib. Ona qarşı irəli sürülmüş korrupsiya və çirkli pulların yuyulması ittihamına dələduzluq əməlləri və məhkəmə istintaqının işinə müdaxilə ittihamları da əlavə edilib. Qaynar.info ANS Press-ə istinadən xəbər verir ki, Aviqdor Liberman İsrailin Belarusdakı keçmiş səfiri Zeeva Ben-Arye vasitəsilə öz cinayət işindən gizli informasiyaları əldə edib. İsrail polisi 2008-ci ildə Belarus hökumətinə Aviqdor Libermana qarşı qaldırılmış cinayət işi ilə bağlı sorğu göndərib. Sorğuda israilli müstəntiqləri maraqlandıran Belarusdakı bəzi şəxslərin adları və bank hesabları göstərilib. Keçmiş səfir isə qanunsuz olaraq, zərfi açıb, sənədlərin surətini çıxarıb və onları Minskdə şəxsən Aviqdor Libermana çatdırıb. Zeeva Ben-Arye hazırda İsrail XİN-in MDB ölkələri üzrə xüsusi müşaviri vəzifəsini tutur. O, vəzifə cinayəti törətdiyini etiraf edib. Bu arada isə xarici işlər nazirinin yaxın ətrafı iddia edir ki, Aviqdor Liberman səfirdən gizli sənədləri almaqdan imtina edib və ondan heç nə götürməyib. Amma Zeeva Ben-Aryenin Aviqdor Liberman nazir təyin edildikdən sonra diplomat karyerasında sürətlə irəliləməsi də istintaqın araşdırma mövzusudur.
|
Просмотров: 593 |
Добавил: RomantiC
| Рейтинг: 0.0/0 |
|
Axtarış | |
|
|  |
|