Sorğu | |
|
|  |
Statistika | |
|
|  |
|
Главная » 2010 » Fevral » 22 » Bakıda kursant adam bıçaqladı
22:59 Bakıda kursant adam bıçaqladı |
Bakıda hərbi məktəblərin birində təhsil alan 23 yaşlı gənc həbs edilib. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən musavat.com-a daxil olan məlumata görə, fevralın 21-də saat 21 radələrində Z.Şərifov küçəsində Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim-Tədris Məktəbinin zabitlər kursunda təhsil alan 1987-ci il təvəllüdlü Rəmzi Bəhrəm oğlu Səfərov Bakı sakini Niyazi Cabbar oğlu Rüstəmova bıçaqla xəsarət yetirib. Zərərçəkən aldığı xəsarətlər nəticəsində 3 saylı xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Səfərov yaxalanıb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir. R. Səfərovun Ağcabədi sakini olduğu deyilir. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.//QayNar
|
Просмотров: 405 |
Добавил: RomantiC
| Рейтинг: 0.0/0 |
|
Axtarış | |
|
|  |
|