Əsas Menyu
Sorğu
Azərbaycanda mətbuat azaddırmı?
Verilən səslər: 21
Statistika

Baş səhifə» 2010 » Fevral » 22
Bakıda hərbi məktəblərin birində təhsil alan 23 yaşlı gənc həbs edilib. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən musavat.com-a daxil olan məlumata görə, fevralın 21-də saat 21 radələrində Z.Şərifov küçəsində Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim-Tədris Məktəbinin zabitlər kursunda təhsil alan 1987-ci il təvəllüdlü Rəmzi Bəhrəm oğlu Səfərov Bakı sakini Niyazi Cabbar oğlu Rüstəmova bıçaqla xəsarət yetirib.
Zərərçəkən aldığı xəsarətlər nəticəsində 3 saylı xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Səfərov yaxalanıb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir.
R. Səfərovun Ağcabədi sakini olduğu deyilir. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.//QayNar

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 22.02.2010 | Reytinq: 0 | Şərhlər (0)

Proses 1 saylı Yerli İqtisad Məhkəməsində keçiriləcək
Sabah saat 15:00-da 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə «Gündəlik Bakı» ictimai-siyasi qəzetinin Mətbuat Şurasına qarşı irəli sürdüyü iddia üzrə məhkəmə iclası keçiriləcək. Bu barədə Qaynar.info-ya açıqlamasında qəzetin baş redaktor müavini Vazeh Bəhramoğlunun deyib ki, məhkəmə prosesinə bütün mətbuat nümayəndələri dəvətlidir: «Biz məhkəməyə bütün mətbuat nümayəndələrini dəvət edirik. Ötən dəfə keçirilən hazırlıq prosesində xeyli sayda mətbuat işçisi məhkəmənin gedişini izləyirdi. İnanırıq ki, bu dəfə də belə olacaq. Biz pozulmuş hüquqlarımızı müdafiə edirik. Məhkəmədən ədalət gözləyirik. Mətbuat Şurasının qərarının haqsız yerə çıxarılması çox güman ki, sonda sübut olunacaq».
Qeyd edək ki, qəzetin məhkəməyə müraciət etməsinə səbəb Mətbuat Şurasının 30 dekabr 2009-cu il tarixində «Gündəlik Bakı»nı «reket» nəşrlər sırasına daxil etməsidir. Qəzət rəhbərliyi iddia ərizəsində t ... Ətraflı »

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 22.02.2010 | Reytinq: 0 | Şərhlər (0)

Daxil olma paneli

Xoş gəldiniz: Гость
Qrup: Гости
Şəxsi məktub:

Поиск

«  Fevral 2010  »
Be Ça Çş Ca Cm Şb Bz
1234567
891011121314
15161718192021
22232425262728

Copyright by Ganja © 2009