Sorğu | |
|
|  |
Statistika | |
|
|  |
|
Главная » 2010 » Fevral » 22 » Sabah «Gündəlik Bakı» ilə Mətbuat Şurasının məhkəməsidir
22:49 Sabah «Gündəlik Bakı» ilə Mətbuat Şurasının məhkəməsidir |
Proses 1 saylı Yerli İqtisad Məhkəməsində keçiriləcək
Sabah saat 15:00-da 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə «Gündəlik Bakı» ictimai-siyasi qəzetinin Mətbuat Şurasına qarşı irəli sürdüyü iddia üzrə məhkəmə iclası keçiriləcək. Bu barədə Qaynar.info-ya açıqlamasında qəzetin baş redaktor müavini Vazeh Bəhramoğlunun deyib ki, məhkəmə prosesinə bütün mətbuat nümayəndələri dəvətlidir: «Biz məhkəməyə bütün mətbuat nümayəndələrini dəvət edirik. Ötən dəfə keçirilən hazırlıq prosesində xeyli sayda mətbuat işçisi məhkəmənin gedişini izləyirdi. İnanırıq ki, bu dəfə də belə olacaq. Biz pozulmuş hüquqlarımızı müdafiə edirik. Məhkəmədən ədalət gözləyirik. Mətbuat Şurasının qərarının haqsız yerə çıxarılması çox güman ki, sonda sübut olunacaq». Qeyd edək ki, qəzetin məhkəməyə müraciət etməsinə səbəb Mətbuat Şurasının 30 dekabr 2009-cu il tarixində «Gündəlik Bakı»nı «reket» nəşrlər sırasına daxil etməsidir. Qəzət rəhbərliyi iddia ərizəsində tələb edir ki, Mətbuat Şurası bu qərarı ilə bağlı təkzib versin, qəzetin «reket» nəşr elan olunması ilə bağlı qərar ləğv edilsin və dəymiş maddi-mənəvi ziyana görə 100 təzminat ödənilsin.
|
Просмотров: 604 |
Добавил: RomantiC
| Рейтинг: 0.0/0 |
|
Axtarış | |
|
|  |
|