Əsas Menyu
Sorğu
Azərbaycanda mətbuat azaddırmı?
Verilən səslər: 21
Statistika

Baş səhifə» 2010 » May » 14
Azərbaycanda molla qəbristanlıqda qətlə yetirilib.

Hadisə "Bakıxanov” qəbiristanlığında törədilib.

Şəxsiyyəti məlum olmayan Bülbülə sakini çoxsaylı bıçaq yarasıyla xəstəxanaya gətirilərkən yolda keçinib.

Sabunçu rayon Polis idarəsindən verilən məlumata görə "Bakıxanov” qəbiristanlığında mollalıq edən 1965-ci il təvəllüdlü Əşrəf Ələkbərov ürək nahiyəsindən bıçaqlanıb.

Qətllə bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılır.

/APA/

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 14.05.2010 | Reytinq: 0 | Şərhlər (0)


46 yaşlı Malxaz Kitiya naməlum şəxslər tərəfindən güllələnib
Yunanıstanda Rusiyanın kriminal aləminin nüfuzlu liderlərindən biri, 46 yaşlı "qanuni oğru” Malxaz Kitiya (Maxoniya) naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib. Bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarına istinadən "İnterfaks” agentliyi məlumat yayıb. Məlumata görə, Maxoniya mayın 10-da qətlə yetirilib.
"Çox ehtimal ki, Kitiya Taro ləqəbli Tariella Oniani və Ded Xasan ləqəbli Aslan Usoyanın arasında gedən müharibənin qurbanı olub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Maxonya cinayət aləminin Yaponçikin ölümünə görə məsuliyyəti üzərinə atdığı Oniani klanının fəal tərəfdarlarından biri idi.//ANS Press

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 14.05.2010 | Reytinq: 0 | Şərhlər (0)

Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat və Miqrasiya İdarəsində ölüm hadisəsi baş verib. Bu barədə Nəsimi rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün saat 16.00 radələrində qeydə alınıb. DİN-in Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin baş inspektoru, polis polkovniki Gündüz Qarayev iş başında dünyasını dəyişib.
DİN PQMİ-dən faktı təsdiqləyərək bildiriblər ki, nahardan sonra işə qayıdan G.Qarayevin səhhəti qəflətən pisləşib. İdarənin ayaqyoluna keçərək əl-üzünü yuyan polkovnik elə oradaca dünyasını dəyişib.
Hadisə barədə Nəsimi rayon Prokurorluğu məlumatlandırılıb. Baş inspektorun meyitinə baxış keçirən ekspertlər ilkin olaraq, onun ürək tutmasından öldüyünü təsdiqləyiblər. G.Qarayevin meyiti müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib. Polkovnikin ölümünün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.//APA

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 14.05.2010 | Reytinq: 0 | Şərhlər (0)

Daxil olma paneli

Xoş gəldiniz: Гость
Qrup: Гости
Şəxsi məktub:

Поиск

«  May 2010  »
Be Ça Çş Ca Cm Şb Bz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Copyright by Ganja © 2009