Göygöl polisi rayon ərazisində qaz istismar sahəsinə məxsus istifadə edilməyən boruları kəsərək oğurlayan şəxs zərərsizləşdirilib. Qaz İstismar Sahəsinin müraciəti əsasında polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 55 yaşlı kəlbəcərli məcburi köçkün Haqverdi Xıdırov saxlanılıb. Əvvəllər müxtəlif cinayətlərə görə 6 dəfə məhkumluq həyatı yaşayan Haqverdi Xıdırov rayonun Çaylı kəndinə gedən qaz boru kəmərinin 150 metrini oğurlayaraq metal sexlərinə satıb
Göygöldə 6 ay əvvəl baş vermiş ağır cinayət hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, 2009-cu ilin avqustunda Göygöl rayonu Yeni Qızılca kənd sakini Ayaz Nağıyev evdən çıxıb və geri qayıtmayıb. Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ayaz Nağıyevin 2009-cu il dekabrın 19-da Yeni Qızılca kənd sakini, əvvəllər məhkum olunmuş Zaur Nağıyev tərəfindən qarət məqsədi ilə balta və bıçaqla qətlə yetirilməsi, meyitinin isə Şəmkir rayonu ərazisindəki Su Elektrik Stansiyasının yaxınlığındakı çuxura atılması müəyyən edilib. Keçirilmiş əməliyyat-tədbirləri nəticəsində Zaur Nağıyev həbs olunub. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır
Fevralın 3-də respublikanın daxili işlər orqanları tərəfindən 43 cinayət faktı qeydə alınıb, onların da 32-i «isti izlər»lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılıb. DİN-dən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 12 yanğın hadisəsi nəticəində 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.
Gəncə şəhərində eyni gündə ikinci intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan verilən məlumata görə, dünən 30 yaşlı Elnur Tağıyev yaşadığı evin qarşısında dəmir borudan özünü asıb. Mərhum Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, eyni gündə Gəncədə 52 yaşlı Binəli Abbasov da özünü qohumuna məxsus evin zirzəmisində kəndirlə asıb