Gürcüstan vətəndaşı Azərbaycan paytaxtında qızının başını kəsib. Bu barədə Binəqədi rayon Prokurorluğundan məlumat verilib. Hadisə martın 1-dən 2-ə keçən gecə baş verib. Gürcüstan vətəndaşı, 1950-ci il təvəllüdlü Mövlə Məmmədov Bakıda yaşayan qızı, 1974-cü il təvəllüdlü Rahilə Ənsorovanın evinə qonaq gəlib. Gecə yarısı Gürcüstana geri qayıdacağını bildirən ata qızından onu yola salmağı xahiş edib. Yaşadıqları binanın həyətindəki zibilliyin yanına çatanda M.Məmmədov özü ilə gətirdiyi bıçaqla qızının başını kəsərək qətlə yetirib. Bu barədə polisə məlumat daxil olan kimi, dərhal əməliyyat qrupu yaradılıb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində hadisəni törədən M.Məmmədov saxlanılıb. Polis tərəfindən dindirilən M. Məmmədov hadisəni namus üstündə törətdiyini və Gürcüstandan Bakıya məhz qızını öldürmək məqsədi ilə gəldiyini etiraf edib. Faktla bağlı Binəqədi rayon Prokur
... Ətraflı »
Astarada intihar hadisəsi baş verib. Dünən saat 18:00 radələrində Astara rayonu Kijəbə qəsəbəsi ərazi nümayəndəliyinə daxil olan Lovain kəndində 1992 ci il təvəllüdlü Həsənova Əfsanə Fərzəddin qızı özünü asıb.Yaxınları onu həyətdəki ağaclardan birində asılı vəziyyətdə tapıblar. Bu barədə Qaynar.info-ya Astara rayon Prokurorluğundan məlumat verilib.İntihar etmiş Əfsanə Həsənovanın səkkiz aydır ki, nişanlı olduğu bildirilir. İntihar hadisəsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur. Faktla bağlı Astara rayon Prokurorluğunda cinayət işi açılıb. İstintaq aparılır