Azərbaycanda külli miqdarda vəsaiti talan etməkdə təqsirləndirilərək, beynəlxalq axtarışa verilən bank sədri Rusiyada həbs olunub QayNar: Udmurt vilayət Prokurorluğu beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını Azərbaycan Baş Prokurorluğuna təhvil vermək barədə qərar çıxarıb. 1969-cu il təvəllüdlü Fərid Ramiz oğlu Quliyev külli miqdarda dövlət əmlakını talamaqda ittiham olunur. Azərbaycan istintaq orqanları onu kommersiya banklarından birinin İdarə heyətinin sədri olarkən Azərbaycan Beynəlxalq Bankının ayırdığı 400 min ABŞ dolları depozitin 357 min dollarını bankın kassasından oğurlamaqda təqsirləndirir. Cinayət işi başlanandan sonra o gizlənib və barəsində beynəlxalq axtarış elan olunub. Sonradan məlum olub ki, o, Rusiyada mühakimə olunub.//QayNar