Martın 10-da saat 23.00 radələrində, Bərdə rayonunun Qaradırnaq kənd sakini Elşad Mustafayev sərxoş halda olarkən, ov tüfəngindən atəş açaraq özünü öldürüb. Bərdə RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd «İC-58» markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.