Yeni ilin ilk günündə Banqladeşin cənubunda dəhşətli yol - nəqliyyat hadisəsi baş verib. Qaynar.info-nun xəbərinə görə, dumanlı hava şəraitində hərəkət edən sərnişin avtobusunun ağaca çırpılması nəticəsində ən azı 18 nəfər həlak olub. Yerli polisin məlumatına görə, bununla yanaşı 56 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin sürücünün dumanlı hava şəraitində avtobusun idarəsini itirməsi nəticəsində baş verib.//QayNar
Məhv edilmiş silahlıların maşınından bunu sübut edən sənədlərin tapıldığı iddia edilir Əməliyyatçılar dekabrın 31-də Dağıstanda məhv edilmiş silahlıların üzərindən gizli silahlı qruplaşmanın maliyyə mənbələri ilə bağlı sənədlər aşkarlayıblar. Bu barədə məlumatı Rusiya Federal Təhlükəsizilk Xidmətinin Dağıstandakı idarəsi yayıb. Məlumatda deyilir ki, cümə axşamı Xasavyurd rayonunda bir qrup milis işçisi atəşə tutulub. Cavab atəşi ilə dörd silahlı məhv edilib. Onlardan üçü qanunsuz silahlı birləşmələrin başçıları olublar. Öldürülənlərin şəxsiyyətləri dəqiqləşdirilib və məlum olub ki, onlardan ikisi federal axtarışdadır. Əməliyyatçılar silahlılara məxsus maşında silah və 45 mobil telefon aşkarlayıblar. Lakin ən böyük maraq doğuran tapıntı pul vəsaitlərindən istifadə olunması ilə bağlı yazılar olub. Həmin sənədlərdə on milyonlarla rus rublundan söhbət gedir. Vəsaitin bir hissəsi Dağıstana Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Türkiyə v
... Ətraflı »
Finlandiya yeni ili dəhşətli faciə ilə qarşılayıb. Ölkənin cənubunda silahlı şəxs ticarət mərkəzinə daxil olaraq, 4 nəfəri güllələyib. Qaynar.info-nun xəbərinə görə, insident Finlandiyanın ikinci ən böyük şəhəri Espooda baş verib. Silahlı şəxs ticarət mərkəzlərindən birinə daxil olaraq, ətrafdakılara atəş açıb. Nəticədə 4 nəfər həyatını itirib. Daha sonra o, hadisə yerini tərk edib. Lakin polis cinayətkarın yerini müəyyənləşdirə bilib. Lakin asayiş keşikçiləri onun yalnız meyidini aşkar edə biliblər. Məlum olub ki, bu, 43 yaşlı alban əsilli İbrahim Şkupollidir. Şkupollinin evində tapılan digər cəsəd isə onun keçmiş sevgilisinə məxsusdur. Polisin apardığı araşdırma nəticəsində məlum olub ki, cinayətkar faciəni rəfiqəsindən qisas almaq məqsədilə törədib. Onu qətlə yetirdikdən sonra Şkupolli sevgilisinin işlədiyi ticarət mərkəzinə gəlib, və digər qətlləri törədib. Evinə qayıtdıqdan son
... Ətraflı »
İslamçı döyüşçülər onun başına milyonlarla dollar mükafat qoyublar QayNar: Məhəmməd Peyğəmbərin 12 karikaturasından birini çəkən və İslam dünyasında özünə qarşı nifrət və kin qazanan danimarkalı Kurt Vesterqard pis əməllərinin cəzasını çəkir. 2005-ci ildə Məhəmməd Peyğəmbərin karikaturasını çəkən Kurt Vesterqaardın evinə bu günlərdə basqın olub. Qaynar.info xəbər verir ki, Danimarka polisi hücum faktını təsdiqləyib. 28 yaşlı Somalidən olan mühacir bıçaq və balta ilə silahlanaraq rəssamın Orxus şəhərində yerləşən evinə girməyə cəhd edib. Həmin vaxt evdə olan 74 yaşlı karikaturaçı həyacan siqnalını işə salmağa və 5 yaşlı nəvəsi ilə gizlənməyə macal tapıb. Hadisə yerinə gələn polis qüvvələri həmin şəxsi odlu silahla zərərsizləşdirib. Ayağından və çiynindən yaralanan islamçının «Əl şaab», və «Əl-qaidə» terror qruplaşmalarının üzvü olduğu müəyyənləşib. 2006-cı ildə karikat
... Ətraflı »