Əsas Menyu
Sorğu
Azərbaycanda mətbuat azaddırmı?
Verilən səslər: 21
Statistika

Baş səhifə» 2010 » Yanvar » 11
Canımçün mən bu işləri başa düşə bilmirəm. Əslində, başa düşürəm, amma nədən vəziyyətin bu həddə gəlib çatdığını anlamaq olduqca çətindir. Söhbət təməli Həsən bəy Zərbadi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının mövcud durumundan gedir. Son bir neçə ildə bəzi qüvvələrin planlı tədbirləri nəticəsində elə vəziyyət yaranıb ki, artıq mətbuatın kimə və ya nəyə xidmət göstərməsi uzun illərdir bu sahədə çalışanların özlərinə də sirr olaraq qalır. Amma baxırsan ki, hamı yazır. Dünən əlinə qələm alan da yazır, ixtisasca "sapyor" olan da yazır, Azərbaycan dilində normal danışa bilməyən də yazır. Nədən yazır, niyə yazır, hansı məqsədlə yazır bilmədən, elə hey yazır. Ən qəribəsi də odur ki, məmləkətdə bu cür geydirmə jurnalistlərin və özlərini "mətbuat kralı" hesab edənlərin sayı yağışdan sonra çıxan göbələk kimi artır. Özü də tez bir zamanda müxtəlif kanallar taparaq, özlərinə əməlli-başlı gün ağlayırla ... Ətraflı »

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 11.01.2010 | Reytinq: 0 | Şərhlər (0)

Ötən ilin son günlərində qəribə-qəribə zadlar baş verdi. Neçə illərdi jurnalistika sahəsində olmağıma baxmayaraq, 2009-cu ildə qəribə-qəribə sözlər eşitdim, qərarlar gördum.
 
Məsələn, eşitdiklərimdən biri bu oldu - "jurnalistlərə mənzil veriləcək. Özü də bu mənzillərin verilməsini Mətbuat Şurası təşkil edəcək". Daha sonra bunu eşitdim. "Azərbaycan" qəzetinin baş rekdaktoru Bəxtiyar Sadıqov Şuranın qara günlü və biabırçı iclaslarının birində dedi ki, "səviyyəsiz sözündə təhqiredici heç bir fikir yoxdur". Başlayım birincidən- "Mətbuat Şurası jurnalistlərə ev verilməsində yardımçı olacaq". Gəlin, əyri oturaq elə istəyirsiniz lap Amaşov kimi əyri də danışaq. Mətbuat Şurası nə yekəlikdə qurumdur ki, jurnalistlərə ev verilməsində köməklik göstərə? 5 cüt 10 tək adamı (?) yığıblar quruma eləyiblər Şura, üstəlik jurnalistlərə ev verilməsindən danışırlar? Ay qardaş, Şuran ... Ətraflı »

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 11.01.2010 | Reytinq: 0 | Şərhlər (0)

Niyə digər peşələrdə "reket" siyahısı yoxdur?
 
Bu gün Azərbaycan mətbuatı bütün istiqamətlərdə Qərb dövlətlərindən, hətta qonşularından belə, geridə qalır. Məsələn, ölkəmiz adambaşına düşən qəzetlərin sayına görə Avropada ən sonuncu yerlərdən birində qərarlaşıb. Yəni bu sahədə təxminən, Ermənistanla eyni vəziyyətdəyik. Bu o deməkdir ki, ölkə əhalisinin çap sözü, mətbut orqanları əldəetmə imkanları olduqca məhduddur. Avropada isə orta hesabla adambaşına 36 qəzet və ya jurnal düşür. Bizdə isə minə yaxın, bəlkə ondan da artlıq qəzet qeydiyyatdan keçsə də, ayda adambaşı 0,4 qəzet çap olunur. Təəssüf ki, fərq çox böyükdür. Bundan başqa, Azərbaycanda qəzetlərin tirajı da digər dövlətlərə nisbətən xeyli aşağıdır. Məhz bu səbəbdən də mətbuatın cəmiyyətdə baş verən ictimai-siyasi proseslərə təsir imkanı olduqca məhduddur. O da qeyd olunmalıdır ki, hazırda Azərbaycanda mə ... Ətraflı »

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 11.01.2010 | Reytinq: 0 | Şərhlər (0)

Və ya Mətbuat Şurasında 50 manata işləyən adamlar kimlərdir? Şura sədri obyektiv olsaydı, o zaman ilk olaraq "reket"ləri öz ətrafında axtarardı
 
Haradan başlayacağımızı bilmirik. Çünki Mətbuat Şurası və onun başında dayanan Əflatun Amaşovun o qədər əməli var ki, saymaqla bitmək belə bilmir. Zaman içində bunlar barədə yazılmayıb. Amma bəziləri də var ki, onlar haqqında yazılıb və reaksiyalar da bildirilib. İndi yazılacaq bu məlumatların da nə qədər həqiqət yükü daşıdığının fərqində olacaqsınız. Ona görə ki, Əflatun Amaşovun "reket" məsələsi sözün həqiqi mənasında bir tələdir və daha çox kimlərinsə qazanc əldə etməsinə yönəlib. İlk olaraq, Mətbuat Şurasının "reket" oyunundan başlayaq. Qeyd edim ki, "reket" məsələsi gündəmə çoxdan gəlsə də, Mətbuat Şurası bir müddət bundan yararlanmaq istəmədi. Sonradan bunun başqa bir vasitə olduğunu görərək, həmin məsələnin üzəri ... Ətraflı »

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 11.01.2010 | Reytinq: 0 | Şərhlər (0)

Azərbaycanda Mətbuat Şurası deyilən bir qurum var və onun başında da Əflatun Amaşov adlı biri dayanır. İlk illər bütün media əhli elə zənn edirdi ki, bu Şura onların dərdinə şərik olub, başlarına gələn problemlərin həllinə çalışacaq. Amma nə yazıq ki, bütün bunlar olmadı. Üstəlik, mətbuatın tanımadığı və qələminə bələd olmadığı Amaşovu gətirib bu qurumun rəhbəri təyin etdilər. Təbii ki, bizim onunla işimiz yoxdur və kimi istəyirlər bu quruma rəhbər təyin edə bilərlər. Ancaq ortada əsas məsələ budur ki, Mətbuat Şurası deyilən qurumun mətbuata nə qədər aidiyyatı var? Və ya bu Şura mətbuat üçün nə edib və nə etmək fikrindədir? Etiraf edək ki, başda Amaşov olmaq şərtiylə, yerdə qalan şura üzvlərinin hamısını təkcə öz maraqları düşündürür. Məsələn, hələ bir müddət əvvəl mətbuata yardım məqsədi ilə proqram hazırlanan vaxt orada adları olan qəzetlərin əksəriyyətinin ümumiyyətlə, mətbuata nə qədər fayd ... Ətraflı »

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 11.01.2010 | Reytinq: 0 | Şərhlər (0)


Hadisə, zərərçəkmiş 11 yaşında ikən baş verib
QayNar: Türkiyənin Malatya vilayətində saqqızla aldadılıb zorlanan azyaşlı qız hamilə qalıb. Qaynar.info ANS Press-ə istinədən məlumat verir ki, şəhər sakini 12 yaşlı qızın xəstəliyi səbəbilə aparıldığı xəstəxanada hamilə olduğu aşkarlanıb. Polisin keçirdiyi araşdırma nəticəsində məlum olub ki, zərərçəkmiş hələ 11 yaşında ikən saqqız vədilə ondan yardım istəyən məhəllə sakini tərəfindən zorlanıb. Təcavüçü daha sonra hədələdiyi üçün zərərçəkmiş qorxusundan bu barədə heç kimə məlumat verməyib. Polis hadisəni törədən şəxsin yaxalanması üçün əməliyyata başlayıb. //QayNar

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 11.01.2010 | Reytinq: 0 | Şərhlər (0)

Daxil olma paneli

Xoş gəldiniz: Гость
Qrup: Гости
Şəxsi məktub:

Поиск

«  Yanvar 2010  »
Be Ça Çş Ca Cm Şb Bz
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Copyright by Ganja © 2009