Əsas Menyu
Sorğu
Azərbaycanda mətbuat azaddırmı?
Verilən səslər: 21
Statistika

Baş səhifə» 2010 » Yanvar » 26
Dünən axşam saatlarında Qusarın Yeni Həyat kəndində toy məclisində üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin səbəbi müəyyənləşib. Qaynar.info ANS Press-ə istinadən xəbər verir ki, hadisəyə səbəb toy sahibi Tehran Ziyadxan oğlu Qasımovun bacısı oğlu, Qusarın Qusayir kənd sakini 23 yaşlı Ruzbek Vidadi oğlu Məmmədovun qardaşı Rauf Məmmədovu müdafiə etməsi olub. Qusar rayon polis şöbəsinin baş müstəntiqi Məhəmməd İbrahimovun verdiyi məlumata görə, o, qardaşının 3 nəfər tərəfindən döyüldüyünü eşidərək, hadisə yerinə gedib və kababçı stolunun üstündən götürdüyü bıçaqla onlara xəsarət yetirib.
O, hadisəni törətdikdən sonra gizlənsə də, bu gün səhər saxlanılaraq ifadəsi alınıb. Faktla bağlı hansı maddə ilə cinayət işinin başlanılması isə ekspertiza rəyindən sonra müəyyən olunacaq. Qeyd edək ki, saxlanılan şəxs subaydır və etdiyi əməldən peşman olmadığını bildirib.
Xatırladaq ki, sö ... Ətraflı »

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 26.01.2010 | Reytinq: 0 | Şərhlər (0)

Özünü «Hüquq və ittiham» qəzetinin redaktoru kimi tanıdıb ağdamlı iki qardaşdan 5000 ABŞ dolları alan şəxs iki illik axtarışdan sonra həbs edilib. Gəncə şəhər Kəpəz rayon sakini, 1978-ci il təvəllüdlü Həsənov Vladim Maksim olğu Gəncə şəhərində saxlanılaraq Ağdam rayon polis şöbəsinə gətirilib. Vladim Həsənov Ağdam rayon Əfətli kəndində yaşayan meydanovlar ailəsinə qarşı dələduzluq edib. O özünə «dost» bildiyi Meydanov qardaşlarından pul alaraq, onların övladlarını instituta qəbul etdirəcəyinə söz verib. 2008-ci ilin sentyabrında pulu alan «Qəzet redaktoru» elə həmin vaxtdan da yoxa çıxıb. Nəhayət ki, onu Ağdam və Kəpəz rayon polis əməkdaşları keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində yaxalaya bilib. Saxlanılan Vladim Həsənov törətdiyi əməlini etiraf edib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. //QayNar

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 26.01.2010 | Reytinq: 0 | Şərhlər (0)

Daxil olma paneli

Xoş gəldiniz: Гость
Qrup: Гости
Şəxsi məktub:

Поиск

«  Yanvar 2010  »
Be Ça Çş Ca Cm Şb Bz
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Copyright by Ganja © 2009