Əsas Menyu
Sorğu
Azərbaycanda mətbuat azaddırmı?
Verilən səslər: 21
Statistika

Baş səhifə» 2010 » Yanvar » 31

Şərur məscidində iki din adamının ölümü ilə nəticələnən qətl hadisəsi baş verib
Yanvarın 30-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur şəhərindəki məsciddə iki din adamının ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisəyə məsciddə keçirilən yığıncaqda Qarxun kənd məscidinin mollası Qasım Məmiyevə müvafiq vəsiqənin verilməməsi səbəb olub. Aralarında yaranan münaqişə zamanı Q. Məmiyev bıçaqla Şərur rayonunun axundu Hacı Əkbəri və rayonun Siyaqut kənd mollası Qəzənfər Quliyevi bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən Q. Məmiyev polis əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, təhqiqat aparılır.

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 31.01.2010 | Reytinq: 0 | Şərhlər (0)


O, qızı ilə mübahisə etdiyi üçün nəvəsini qətlə yetirdiyini etiraf edib
Lənkəran rayonunun Siyavar kəndində üçgünlük uşaq nənəsi tərəfindən öldürülüb. Bu barədə rayon prokurorluğunun müstəntiqi Vəli Mustafayev məlumat verib. Onun bildirdiyinə görə, hadisə barədə rayon prokurorluğuna telefonla bildirilib. Faktla bağlı araşdırma aparılan zaman müəyyən edilib ki, yanvarın 28-də 1959-cu il təvəllüdlü Münəvvər Süleyman qızı Rəsulova onunla bir evdə yaşayan qızı, 1984-cü il təvəllüdlü Xəyalə Vidadi qızı Rəsulovanın yeni doğulmuş (üç günlük) körpəsini öldürüb.
Dindirilmə zamanı M. Rəsulova qızı ilə aralarında yaranan mübahisə zəminində nəvəsini - yeni doğulmuş uşağı öldürmək məqsədilə yerə çırpdığını etiraf edib. Baş nahiyəsindən ciddi zədə alan uşaq ölüb.
Təqsirləndirilən şəxs uşağı öldürməsinə səbəb kimi körpənin X.Rəsulovanın bir müddət əvvəl boşandığı ərindən deyil, başqa kişid ... Ətraflı »

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 31.01.2010 | Reytinq: 0 | Şərhlər (0)


"Oğlumu incidirdilər"
 

QayNar: Azərbaycanın Daşkəsən rayonunda Xoşbulaq ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verən dəhşətli hadisənin səbəbləri naməlum olaraq qalır. Xatırladaq ki, iki əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu ölüb, ikisi isə yaralanıb. Sonra isə həmin əsgərlər bir-birlərini güllələyərək öldürüblər. Bununla da ölən hərbçilərin sayı 6-ya çatıb. Qaynar.info xəbər verir ki, ANS-in əməkdaşları hadisənin baş verdiyi hərbi hissənin yerləşdiyi ərazidə olublar. İstintaq qrupu işlədiyindən əməkdaşlarımız hərbi hissənin içərisinə buraxılmayıblar.
Hərbçiləri öldürdüyü iddia edilən 1990-cı il təvəllüdlü əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov sonuncu dəfə oğlu ilə sentyabr ayında görüşüb. B. Əzizovun ANS-ə verdiyi məlumata görə, həmin vaxt çavuş Əzizov məzuniyyətə gəlibmiş. Lakin ata o ... Ətraflı »

Kateqoriya: | Baxılıb: 1 | Tarix: 31.01.2010 | Reytinq: 0 | Şərhlər (0)

Daxil olma paneli

Xoş gəldiniz: Гость
Qrup: Гости
Şəxsi məktub:

Поиск

«  Yanvar 2010  »
Be Ça Çş Ca Cm Şb Bz
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Copyright by Ganja © 2009