O, 1991-ci ildə Laçından Şuşaya gedərkən erməni əsgərləri tərəfindən qətlə yetirilib QayNar: Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın qətlə yetirilməsindən 19 il ötür. Qaynar.info xəbər verir ki,o, 9 yanvar 1991-ci ildə Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında erməni quldurları tərəfindən qətlə yetirilib. Ailəli idi, bir oğlu yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb. Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib və "Baku” ilə "Molodyoj Azerbaydjana” qəzetlərində işləyib. Salatın Əsgərova Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərində
... Ətraflı »
Daha bir modelin dəhşətli qətli Amerikanı titrədib. Qaynar.info "CBS news"-a istinadən xəbər verir ki, məşhur "Playboy" yurnalı üçün şəkillər çəkdirməklə tanınmış 26 yaşlı model və rəqqasə Pola Sladevskinin cəsədi zibil qutularından birində aşkar olunub. Qatil cəsədi yandıraraq tanınmaz hala salıb. Ekspertiza onun məhz Pola olduğunu yalnız dişləri vasitəsilə müəyyənləşdirə bilib. Hələlik modelin qətlində əsas şübhəli şəxs onun sevgilisi Kevin Klaym sayılır. Onlar faciədən bir müddət əvvəl ayrılıblarmış. Modelin yaxınları baş verənlərdən şoka düşüblər. Onlar Polanın heç kimlə ədavətinin olmadığını, bu səbəbdən də qızın belə amansızlıqla qətlə yetirilməsinin səbəbini heç cür anlaya bilmədiklərini söyləyirlər. Modelin bacısı deyir: "Polanı nəinki tanımaq mümkün deyil, biz hətta onu tabuta üzüaçıq qoya bilmirik. Ona baxmaq olmur".//QayNar
DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Xatirə Almədətova həbs olunub. DİN-in məlumatına görə, o, gəlir əldə etmək məqsədi ilə bir qrup şəxslə birgə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub. Fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.//QayNar